Valyuta məzənnəsi
Xəbər lentİ

Prezident İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır

11:11, 01.02.18
azerbaycan, siyaset
Prezident İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır

Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır.

Xeberpress.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Türkmənistanın Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.

Qeyd olunur ki, ötən ilin avqustunda Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Azərbaycana səfər edib və nümayəndə heyəti Türkmənistanda olarkən həmin səfər zamanı əldə edilmiş razılaşmaların praktik olaraq həyata keçirilməsi müzakirə olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla