Valyuta məzənnəsi

Dünya Xərçəng Günündə sosial-xeyriyyə aksiyası keçiriləcək

15:15, 31.01.18
azerbaycan, cemiyyet
Dünya Xərçəng Günündə sosial-xeyriyyə aksiyası keçiriləcək

Azərbaycanınn ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası 2 fevral – Azərbaycan Gəncləri Günü ərəfəsində - fevralın 4-də “ParkBulvar” ticarət mərkəzində “Biz bacararıq, mən bacararam” (We Can, I can) devizi altında sosial-xeyriyyə aksiyası keçirəcək. Xeyriyyə aksiyası Şuranın “Azərbaycan Könüllülük Xidmət” proqramı çərçivəsində Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin ilə tərəfdaşlığı ilə reallaşacaq.

Xeberpress.az xəbər verir ki, Şuradan AZƏRTAC-a bildiriblər ki, aksiyanın məqsədi 4 fevral – Dünya Xərçəng Gününün ölkəmizdə tanıdılması, xeyriyyəçilik fəaliyyətinin təbliği, cəmiyyətimizdə bu xəstəliyə tutulmuş şəxslərə qarşı diqqət yaratmaq, həmin insanlara maddi və mənəvi dəstəyin təmin olunmasıdır.

Aksiyada iştirakçılar xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrə maddi yardım göstərə, həmçinin qan xərçəngindən əziyyət çəkən xəstələr üçün təşkil olunmuş qanvermə aksiyasında iştirak edə bilərlər. Habelə gənc ifaçıların iştirakı ilə xeyriyyə konsertinin təşkili nəzərdə tutulub.

Dünya Xərçəng Günü ilə bağlı aksiyada toplanan maddi vəsait xeyriyyə məqsədilə xərçəng xəstəliyindən əziyyət çəkən 7 yaşlı Ümid Qurbanovanın və 11 yaşlı Balacaxanım Əliyevanın müalicəsinə sərf olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla