Valyuta məzənnəsi
Xəbər lentİ

Sabahın hava proqnozu

13:07, 31.01.18
azerbaycan, cemiyyet
Sabahın hava proqnozu

Ölkə ərazisində fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Xeberpress.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3°, gündüz 5-7° isti, Bakıda gecə 0-2°, gündüz 5-7° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək - 764 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3° dərəcə şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacağı gözlənilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla