Valyuta məzənnəsi

"Zeytun budağı"nda 649 terrorçu məhv edilib

11:00, 30.01.18
azerbaycan, dunya
"Zeytun budağı"nda 649 terrorçu məhv edilib

Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 11-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Xeberpress.az xəbər verir ki, Trend-in Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 649 terrorçusu məhv edilib.

Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 3 hədəf darmadağın edilib.

Türkiyə Baş Qərargahı "Zeytun budağı" əməliyyatının uğurla davam etdiyini bildirir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla