Valyuta məzənnəsi
Xəbər lentİ

Valideynlərini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər

16:46, 25.01.18
azerbaycan, cemiyyet
Valideynlərini itirən uşaqların təhsil haqqı büdcədən ödənilə bilər

Azərbaycanda 18 yaşına qədər valideynlərinin hər ikisini itirmiş və yaxud valideyninin birini itirmiş, digəri ikinci qrup əlil olan uşaqların təhsil haqqının dövlət büdcəsindən ödənilməsi məsələsi Milli Məclisdə yenidən müzakirəyə çıxarılır.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin bu gün keçirilən iclasında bildirib ki, bununla bağlı komitədə işlər gedir, xeyli materiallar toplanılıb.

H.Rəcəblinin sözlərinə görə, təxmini hesablamalara görə, Azərbaycanda təhsil müəssisələrində 100-dən artıq belə uşaq təhsil alır. H.Rəcəbli bu məsələnin komitənin gündəliyinə daxil edilməsinin məqsədəuyğun olduğunu bildirib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla