Valyuta məzənnəsi
Xəbər lentİ

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən rejissora yardım əlini uzatdı

10:43, 14.09.16
azerbaycan, cemiyyet
Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən rejissora yardım əlini uzatdı

"Qurban bayramında mənim və ailəm üçün Heydər Əliyev Fondu böyük bayram təbriki etdi. Mənə zəng vurub bildirdilər ki, müalicəmin birinci mərhələsinin bütün xərcini öhdəliklərinə götürdülər".

Xeberpress.az xəbər verir ki, bu sözləri açıqlamasında xərçəngdən əziyyət çəkən rejissor Şahin Zəkizadə deyib.

O, çətin günlərində ona dəstək olan birinci xanım Mehriban Əliyevaya təşəkkür edib:

"Qarşıda məni müalicənin çox çətin mərhələləri gözləyir. Bu ağır günləri aşmaqda mənə dövlətimiz dəstək oldu. Dövlət başçımız və xanımı hər zaman incəsənət adamlarını diqqətdə saxlayıb, ehtiyacı olanlara yardım əlini uzadıb. Onlar biz sənət adamlarına yardımını heç vaxt əsirgəməyib. Ən çətin anlarımda mənim də yanımda oldular.

Qurban bayramı münasibətiylə mən də Mehriban Əliyevanı və ailə üzvlərini təbrik edirəm".

Qeyd edək ki, rejissorun müalicəsi üçün külli miqdarda pul tələb olunur. Eyni zamanda 1+ qan lazımdır.

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən rejissora yardım əlini uzatdı

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla