Valyuta məzənnəsi
Xəbər lentİ

"Zeytun budağı" əməliyyatı zamanı 260 terrorçu məhv edilib

10:10, 24.01.18
azerbaycan, dunya
"Zeytun budağı" əməliyyatı zamanı 260 terrorçu məhv edilib

Türkiyə Hərbi Qüvvələrinin Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində indiyədək azı 260 terrorçu məhv edilib.

Xeberpress.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş Qərargahının bəyanatında bildirilir.

Bəyantda deyilir: "Əməliyyat başlayandan azı 260 PYD/YPG və İŞİD terror qruplaşmalarının üzvləri məhv edilib. Əməliyyat plana uyğun olaraq davam edir".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla