Valyuta məzənnəsi
Xəbər lentİ

Sofiyada Azərbaycan film gecəsi təşkil olunub

17:45, 22.01.18
azerbaycan, medeniyyet
Sofiyada Azərbaycan film gecəsi təşkil olunub

Sofiyanın Kino Evində Menar Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar filmi gecəsi təşkil olunub.

Xeberpress.az AzərTac-a istinadən xəbər verir ki, tədbir ölkəmizin Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə Milli Məclisin deputatı, İvan Vazov adına Milli Teatrın direktoru, Milli Təbiət Tarixi Muzeyinin direktoru və digər dövlət xadimləri iştirak ediblər.

Sofiya şəhərinin meri Yordanka Fandıkova tədbir iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Tədbirdə ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çıxış edərək bu il Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu söyləyib.

Sonra “Nar bağı” filmi nümayiş olunub.

Qeyd edək ki, festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. Menar Film Festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur. Ötən il ölkəmiz sözügedən festivalda “Qırmızı bağ” və “Şəhər motivləri” filmləri ilə təmsil olunub.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla