Valyuta məzənnəsi
Xəbər lentİ

Türkiyə terrorçuların 153 obyektini məhv edib

09:38, 22.01.18
azerbaycan, dunya
Türkiyə terrorçuların 153 obyektini məhv edib

Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilib.

Məlumata görə, əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, Suriyanın Afrin şəhərində təxminən 8-10 min PYD və YPG terrorçusu var.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla