Valyuta məzənnəsi

Federal Məclisin sədri Merkeli cəzalandırdı

14:34, 09.09.16
azerbaycan, dunya
Federal Məclisin sədri Merkeli cəzalandırdı

Almaniyada büdcə müzakirələri zamanı partiyasının qrup sədri ilə yüksək səslə danışan kansler Angela Merkel spiker tərəfindən cəzalandırılıb.

Xeberpress.az xarici KİV-ə istinadən bildirir ki, Sol Partiya təmsilçisi büdcə ilə bağlı kürsüyə çıxıb danışdığı zaman Merkel yerindən qalxıb partiyasının qrup sədri Volker Kauderin yanına gedərək ayaq üstündə onunla söhbət etməyə başlayıb.

Bu vaxt deputatın çıxışını dayandıran Federal Məclisin sədri Norbert Lammert Merkelə "Xanım kansler, buna gərək yoxdur. Əgər danışacaqsınızsa, bunu arxa sırada edin", - deyib.

Başını əyərək üzr istəyən xanım Merkel Kauder ilə birgə məclisin arxa sıralarına keçib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla