Valyuta məzənnəsi
Xəbər lentİ

Türkiyədə yağan güclü qar səbəbindən məktəblər bağlandı.

08:09, 03.12.15
azerbaycan, bolge
Türkiyədə yağan güclü qar səbəbindən məktəblər bağlandı.

Türkiyənin bəzi yaşayış bölgələrində qəfildən yağan güclü qar fəsadlara səbəb olub. EVERYTİME.AZ-in məlumatına görə, Bolu vilayətinin Mərkəz, Gerede və Yeniçağ rayonları, Karabük vilayətinin Eskipazar və Ovacıq rayonlarında qar səbəbindən orta məktəblər 1 günlük tətilə buraxılıb.

Bu barədə məlumatı Bolu Meriyası mətbuat xidməti yayıb. Məlumatda, yollarda yaranmış çətinlik səbəbindən orta məktəblərlə yanaşı dövlət qulluğunda çalışan hamilə və əlil məmurların da iznli sayılacağı bildirilir.

Bundan başqa Eskipazar və Ovacıq rayonlarının da inzibati rəhbərliyi də Təhsil Nazirliyinə bağlı bütün məktəblərdə 1 günlük tətil elan olunduğunu bildiriblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla