Valyuta məzənnəsi
Xəbər lentİ

"Geyilməmiş ayaqqabılar" filminin təqdimatı olub - FOTO

13:13, 17.01.18
azerbaycan, medeniyyet
"Geyilməmiş ayaqqabılar" filminin təqdimatı olub - FOTO

Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə rejissor Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” bədii filminin təqdimatı keçirilib.

Xeberpress.az-ın Trend-ə istinadən məlumatına görə, təqdimat mərasimində filmin ssenari müəllifi və baş prodüseri R.Rzayev, yaradıcı prodüseri Yuri Filipov, bəstəkarı Vyaçeslav Şulin və başqaları çıxış edərək ekran əsəri barədə fikirlərini bölüşüblər.

Bildirilib ki, Aprel şəhidlərinin xatirəsinə həsr olunan ekran işində yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Filmdə Qarabağ savaşında gənc ərini və körpə qızını itirmiş, tək oğlu ilə Bakıda qaçqın yataqxanasına sığınmış və hər gün geriyə – öz doğma torpaqlarına qayıtmaq ümidi ilə yaşayan azərbaycanlı məcburi köçkün qadınların ümumiləşdirilmiş obrazı yaradılıb. Qadın şəhid ərinin xəyalı və öz ata-baba yurduna dönəcəyi vaxtın intizarı ilə günləri sayır, dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: “Qarabağ alınanda atamı və bacımı da götürüb kəndimizə gedərik...”.

Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndidə “Geyilməmiş ayaqqabılar” muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.

Düşündürücü rejissor işi tamaşaçıda dərin psixoloji gərginlik yaradıb.

Qeyd edək ki, filmin quruluşçu operatoru Elman Əliyev, quruluşçu rəssamı Məhərrəm Əliyev, prodüseri Mahir Canasdır. Filmdə Gülzar Qurbanova, Bəhruz Vaqifoğlu, Dəniz Həsənov və başqaları çəkiliblər.

"Geyilməmiş ayaqqabılar" filminin təqdimatı olub - FOTO

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla